...

12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Hadisə Materials 28 İyun 2019 12:45 (UTC +04:00)
Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.
12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıtda 12 nəfəri viza düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları dələduzluq etmiş H.Ağayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 nəfəri viza düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 56913 manat pul aldığını müəyyən ediblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti