...

Qazaxda minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb

Hadisə Materials 5 İyul 2019 04:21 (UTC +04:00)
Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Qazaxda minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb

Bakı. Trend:

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qazax rayonunun Çaylı kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti