Bakı. Trend:
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dünən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şirvan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.