...

Bakıda 2 nəfər suda boğuldu

Hadisə Materials 3 Avqust 2019 18:19 (UTC +04:00)
Bakının Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib
Bakıda 2 nəfər suda boğuldu

Bakı. Ilhamə Isabalayeva -Trend:

Bakının Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub:

"Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. Lazımı yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti