...

Bakıda marketdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 21 Avqust 2019 22:43 (UTC +04:00)
Bakıda marketdən oğurluq edən şəxs tutulub
Bakıda marketdən oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Bakıda marketdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti