...

Suraxanıda kafe yanıb

Hadisə Materials 23 Avqust 2019 09:12 (UTC +04:00)
Suraxanı rayonunda kafe yanıb.
Suraxanıda kafe yanıb

Bakı. Trend:

Suraxanı rayonunda kafe yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 48 kv.m olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb, yüksək temperaturdan kondisionerin üzlüyü və divara vurulmuş lambirindən ibarət örtük 7 kv.m sahədə əriyib.

Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti