...

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb (FOTO)

Hadisə Materials 25 Avqust 2019 20:45 (UTC +04:00)
Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb
Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb (FOTO)

Bakı. Trend:

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Yanğın saat 18.20-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti