...

Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Hadisə Materials 29 Avqust 2019 13:54 (UTC +04:00)
Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.
Lökbatanda 2 avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Bakı. Samir Əli - Trend:

Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi "Mercedes" və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi "VAZ-21019" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti