...

Nardaran sakini silahını könüllü olaraq polisə təhvil verib

Hadisə Materials 3 Sentyabr 2019 16:37 (UTC +04:00)
Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.
Nardaran sakini silahını könüllü olaraq polisə təhvil verib

Bakı. Trend:

Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Bildirilir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti