...

Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü

Hadisə Materials 3 Sentyabr 2019 16:24 (UTC +04:00)
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü

Bakı. Samir Əli - Trend:

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində rayon sakini Qədir Səmədovun və Ağcabədi rayon sakini İlyas Həmidovun idarə etdikləri 2 “KamAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Səmədov orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti