...

Saatlı sakinlərindən külli miqdarda narkotik maddə götürülüb (FOTO)

Hadisə Materials 16 Sentyabr 2019 19:56 (UTC +04:00)
Saatlı rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb.
Saatlı sakinlərindən külli miqdarda narkotik maddə götürülüb (FOTO)

Bakı. Trend:

Saatlı rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu, Əliabad kənd sakini Aləm Heydərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib, bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti