...

Goranboyda silah-sursat tapılıb

Hadisə Materials 1 Oktyabr 2019 15:16 (UTC +04:00)
Goranboyda silah-sursat tapılıb
Goranboyda silah-sursat tapılıb

Bakı. Trend:

Goranboyda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xocalı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1 ədəd “TOZ-16” və 1 ədəd “İJ” markalı ov tüfəngləri, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları, 1 ədəd tank əleyhinə qumbara, 8 ədəd patron darağı, 2145 ədəd müxtəlif çaplı patron,1 ədəd alıçdırıcı və 1 ədəd pulemyot lenti tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti