...

Bakıda baş verən yanğınla bağlı RƏSMİ (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 4 Oktyabr 2019 12:20 (UTC +04:00)
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakıda baş verən yanğınla bağlı RƏSMİ (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhərinin Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində sökülməkdə olan tikilinin ərazisində 30 m² sahədə taxta tullantıları yanıb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

saat 11:43

Bakıda güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.

Sakinlərdən Trend-ə verilən məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.

Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti