...

Təqsirləndirilən şəxs: Müharibədə kontuziya aldığım üçün narkotik qəbul edirdim

Hadisə Materials 14 Oktyabr 2019 20:19 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxs: Müharibədə kontuziya aldığım üçün narkotik qəbul edirdim

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən Ş.Məmədov özünü ittihamlarda təqsirli bilməyib: "Döyüşlərdə olmuşam, müharibədə kontuziya almışam. Narkotik maddəni ona görə ancaq özüm müalicə məqsədilə istifadə edirdim. Heç kimə narkotik satmamışam. Mənim həyətimdə 250 ədəd kol olmayıb. Uzağı 30-35 ədəd olub".

Prosesdə ifadə verən şahid, Abşeron rayon Polis İdarəsinin əməliyyatçısı Əhmədov Elnur bildirib ki, daxil olmuş məlumat əsasında Şakir Məmmədovun həyətinə baxış keçirilib və külli miqdarda narkotik vasitə aşkarlanıb.

Proses oktyabrın 28-də davam etdiriləcək.

İttihama görə, bu ilin iyun ayında Abşeron rayonu, Masazır qəsəbəsində Şakir Məmmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda narkotik maddə aşkar edilib. Ş.Məmmədov maddi sübutlarla saxlanılaraq istintaqa təhvil verilib.

Şakir Məmmədovun yaşadığı evə baxış keçirilən zaman orada qurudulmuş halda külli miqdarda narkotik maddə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satışı) və 2373.2-ci (külli miqdarda narkotik vasitələri əkib-becərmə) maddələri ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti