...

Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var

Hadisə Materials 14 Oktyabr 2019 16:59 (UTC +04:00)
Tovuz şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var

Bakı. Samir Əli - Trend:

Tovuz şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də saat 22 radələrində Tovuz şəhərinin Heydər Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Əliyev oktyabrın 14-də orada ölüb.

Tovuz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti