...

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Hadisə Materials 25 Noyabr 2019 09:23 (UTC +04:00)
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb
Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti