...

Balakəndə 7 otaqlı ev yanıb

Hadisə Materials 11 Yanvar 2020 09:47 (UTC +04:00)
Balakəndə yanğın hadisəsi olub.
Balakəndə 7 otaqlı ev yanıb

Bakı. Trend:

Balakəndə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində tavan 80 m² sahədə, 3 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti