...

İsmayıllıda avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı

Hadisə Materials 26 Yanvar 2020 12:26 (UTC +04:00)
Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb
İsmayıllıda avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb.

Birlikdən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".

Xatırladaq ki, bu gün səhər saatlarında İsmayıllı rayonunda Bakıdan Qəbələyə gedən avtobus qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti