...

“Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb (FOTO)

Hadisə Materials 18 Fevral 2020 08:09 (UTC +04:00)
Bakıda ticarət mərkəzində yanğın başlayıb
“Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb (FOTO)

Bakı. Samir Əli- Trend :

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Trend-in məlumatına görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi yanır.

Məlumata görə, yanğın ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.

Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti