...

Masazırda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 20 Fevral 2020 22:07 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 kv.m olan avtomobil təmiri sexində taxta konstruksiyalardan ibarət tikili və içərisində olan əşyalar 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti