...

Ağcabədidə konteyner yandı

Hadisə Materials 6 Mart 2020 14:42 (UTC +04:00)
Ağcabədi rayonunda ümumi sahəsi 450 m² olan konteyner yanıb.
Ağcabədidə konteyner yandı

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda ümumi sahəsi 450 m² olan konteynerdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-də verilən məlumata görə, konteynerin taxta üzlüyü 70 m² sahədə qismən və içərisində 2 ədəd paltaryuyan maşın yanıb.

Konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti