Bakı. Trend:
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 23 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 1-i soyğunçuluq, 8-i narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 23 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.