...

Şirvanda birmərtəbəli ev yanıb

Hadisə Materials 14 Aprel 2020 18:56 (UTC +04:00)
Şirvanda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti