Bakı. Trend:
Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.