...

Ötən ay ərzində 130 partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 1 May 2020 04:49 (UTC +04:00)
Ötən ay ərzində 130 partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, aprel ayında Agentliyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 18 (on səkkiz), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (yeddi) və Rayon Polis Şöbəsindən (RPŞ) - 1 (bir) müraciət daxil olub. (cəmi: 28 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 10 855 m² (1,09 ha) ərazi yoxlanılıb, 128 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 130 ədəd) və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xüsusi karantin dövrü ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 21 (iyirmi bir), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (yeddi) və Rayon Polis Şöbəsindən (RPŞ) - 1 (bir) müraciət əsasında (cəmi: 32 çağırış) Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə 11 555 m² (1,2 ha) ərazi yoxlanılmış, 130 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 132 ədəd) və 797 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 456 292 m² (54 345,63 ha) ərazi təmizlənmiş, 807 315 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti