...

Bakıda 29 yaşlı oğlanı bıçaqlayıb qaçan qadın tutuldu

Hadisə Materials 7 May 2020 09:42 (UTC +04:00)
Bakıda gənc oğlanı bıçaqlayıb qaçan qadın saxlanılıb
Bakıda 29 yaşlı oğlanı bıçaqlayıb qaçan qadın tutuldu

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlanı bıçaqlayıb qaçan qadın saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti