...

Polis əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı

Hadisə Materials 19 May 2020 09:38 (UTC +04:00)
Polis əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik satan şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti