...

Suraxanıda 2 ev yanıb (YENİLƏNİB)

Hadisə Materials 12 İyun 2020 10:51 (UTC +04:00)
Suraxanıda 2 ev yanıb (YENİLƏNİB)

Bakı. Trend:

Suraxanıda bir dam altında tikilən ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü, ümumi sahəsi 42 kv.m olan digər birmərtəbəli evin dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti