...

Bakıda evdən 5 500 manat dəyərində məişət əşyaları oğurlanıb

Hadisə Materials 15 İyun 2020 17:15 (UTC +04:00)

Bakı. Trend:

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki evlərin birindən 5 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Məmmədzadə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti