...

Bakıda su xəttində qəza: Bir neçə bina susuz qaldı (FOTO)

Hadisə Materials 18 İyun 2020 10:38 (UTC +04:00)
Paytaxtın Xətai rayonunda su xəttində qəza olub.
Bakıda su xəttində qəza: Bir neçə bina susuz qaldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Xətai rayonunda su xəttində qəza olub. Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi 68 ünvanında baş verib.

Yaşayış binalarına gələn su xəttində baş verən qəza nəticəsində bir neçə binaya içməli suyun verilişi dayandırılıb.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə qurumun qəza xidməti cəlb edilib, xəttin bərpası istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti