...

Beyləqanda avtomobil su kanalına düşdü - 1 ölü

Hadisə Materials 24 İyun 2020 12:46 (UTC +04:00)
Beyləqanda avtomobil su kanalına düşdü - 1 ölü

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti