...

Bakıda yük maşını yanıb (VİDEO)

Hadisə Materials 16 İyul 2020 17:02 (UTC +04:00)
Bakıda yük maşını yanıb (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Paytaxt Bakıda yük maşını yanıb.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, aeroport yolunda qeydə alınıb.

Hərəkətdə olan yük avtomobilinin mühərrik hissəsində başlayan yanğın bir anda bütün kabinəni bürüyüb.

Ətrafda olan insanların dəstəyi ilə hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti