Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə bildiriblər ki, nazirliyin azirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edilir ki, əlavə məlumat veriləcək.