...

Bakıda heroin satan qadın küçədə yaxalandı

Hadisə Materials 20 Avqust 2020 09:26 (UTC +04:00)
Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.
Bakıda heroin satan qadın küçədə yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb. Trend-in məlumatına görə, hadisə paytaxtn Binəqədi rayonunda baş verib. Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti