...

Xətaidəki qətllə bağlı cinayət işi üzrə istintaq yekunlaşıb

Hadisə Materials 21 Avqust 2020 18:47 (UTC +04:00)
Xətaidəki qətllə bağlı cinayət işi üzrə istintaq yekunlaşıb

Bakı. Trend:

Fevralın 9-da paytaxtın Xətai rayonu ərazisində Bəxtiyar Əliyevin satıcı işlədiyi mağazada basqın edilərək bıçaqla xəsarət yetirilib qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə Xətai rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla İsmail Ağasənovun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bəxtiyar Əliyevə işlədiyi mağazada həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti