...

Qubadakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 7 Sentyabr 2020 13:17 (UTC +04:00)
Qubadakı yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Quba rayonunun Muçu kəndində həyətyanı sahədə 15 ton ot bağlamasının 10 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

Qubada dağlıq ərazidə yanğın başlayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayalarının yanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti