...

Bakıda “Hyundai” aşıb, ölən var

Hadisə Materials 17 Noyabr 2020 15:30 (UTC +04:00)
Bakıda “Hyundai” aşıb, ölən var

Bakı. Trend:

Bakıda ölümə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakini R.Heydərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərindən Abşeron rayon sakini Ramil Sarıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti