...

Bakıda 45 yaşlı kişi evində ölü tapıldı

Hadisə Materials 19 Noyabr 2020 12:10 (UTC +04:00)
Bakıda 45 yaşlı kişi evində ölü tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti