...

Xalq artisti Əjdər Həmidov vəfat edib

Hadisə Materials 24 Noyabr 2020 19:13 (UTC +04:00)
Xalq artisti Əjdər Həmidov vəfat edib

Bakı. Trend:

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, bu gün xəstəxanada vəfat edib.

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti