...

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı (VİDEO)

Hadisə Materials 3 Dekabr 2020 10:04 (UTC +04:00)
Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Daxili İşllər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər tbbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti