...

Bakıda qaynata kürəkənini güllələyib

Hadisə Materials 14 Dekabr 2020 11:34 (UTC +04:00)
Bakıda qaynata kürəkənini güllələyib

Bakı. Samir Əli - Trend:

Dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin qaynatası 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti