...

Siyəzəndə gözəllik salonu yanıb

Hadisə Materials 21 Dekabr 2020 22:39 (UTC +04:00)
Siyəzəndə gözəllik salonu yanıb

Bakı. Trend:

Siyəzən rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 50 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti