...

Karantin qaydalarını pozan oyun zalı aşkar edilib

Hadisə Materials 6 Yanvar 2021 13:32 (UTC +04:00)
Karantin qaydalarını pozan oyun zalı aşkar edilib

Bakı. Trend:

Qax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər Polis Şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti