...

Şəkidə polis əməliyyat keçirdi, narkotik alverçisi yaxalandı

Hadisə Materials 7 Yanvar 2021 11:32 (UTC +04:00)
Şəkidə polis əməliyyat keçirdi, narkotik alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman isə həyətyanı sahədə yerləşən yarım tikilidən 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti