...

Bakıda inzibati binada yanğın olub

Hadisə Materials 7 Fevral 2021 19:08 (UTC +04:00)
Bakıda inzibati binada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan elektrik otağında 1 ədəd akkumulyator bloku yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Otaq və orada olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti