...

Paraqvayda hərbi təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Hadisə Materials 10 Fevral 2021 01:28 (UTC +04:00)
Paraqvayda hərbi təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Paraqvay Hərbi hava qüvvələrinə məxsus təyyarə ölkə paytaxtının beynəlxalq hava limanında qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, qəzada 7 nəfər ölüb, bir sərnişin sağ qalıb.

"Bir nəfərin vəziyyəti çox ağırdır. Xəstəxanaya yerləşdirilib. Qalan yeddi nəfərin ölümü təsdiqlənib", - yanğınsöndürmə xidmətinin rəhbəri Ruben Valdes bildirib.

Ölkənin Hərbi hava qüvvələri istintaqa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti