...

Gecə saatlarında işləyən çay evinin icarədarı və müştəriləri polisə aparılıb

Hadisə Materials 15 Fevral 2021 13:02 (UTC +04:00)
Gecə saatlarında işləyən çay evinin icarədarı və müştəriləri polisə aparılıb

Bakı. Samir Əli - Trend:

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Burada onlarla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti