...

Sumqayıtda intihara cəhdin qarşısı alınıb (VİDEO)

Hadisə Materials 14 Mart 2021 14:32 (UTC +04:00)
Sumqayıtda intihara cəhdin qarşısı alınıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

14 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda 1 nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti