...

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Hadisə Materials 27 Mart 2021 14:36 (UTC +04:00)
Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi - İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti