...

Sabirabadda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 15 Aprel 2021 22:58 (UTC +04:00)
Sabirabadda ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Sabirabad rayonunun Kovlar kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin tavanı və çardağının örtüyü 25 m² sahədə, yaxınlıqda ümumi sahəsi 75 m² olan talvarın yanar konsturuksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti